USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Əcnəbilərin bank kartları ilə əməliyyatları 10 faizədək artıb

29.02.2024 Bank
0 0
Yanvarda xarici vətəndaşların bank kartları vasitəsilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 187,9 milyon manat təşkil edib.

Kommersant.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın fevral sayında bildirilib.

Yanvar ayında əcnəbilərin bank kartları vasitəsilə apardıqları əməliyyatlar ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,6 faiz çoxalıb.