USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Argentina Mərkəzi Bankı əsas faiz dərəcəsini kəskin aşağı salıb

12.03.2024 Bank
0 0
Argentina Mərkəzi Bankı gözlənilmədən əsas uçot dərəcəsini 100-dən 80%-ə endirib.

Argentina Mərkəzi Bankı əsas faiz dərəcəsini bir anda 20 faiz bəndi - 100 faizdən 80 faizə endirdiyini elan edib. “İnterfaks” xəbər verir ki, qərar inflyasiyanın aylıq olaraq yavaşlaması fonunda elan edilib. Yanvarda ölkədə qiymətlər 2023-cü ilin dekabrında olan 25,5 faizlə müqayisədə 20,6 faiz artıb.

Agentlik qeyd edir ki, göstəricinin belə kəskin azalması iqtisadçılar və bazar iştirakçıları üçün sürpriz olub. İnflyasiyanın yavaşlaması ilə yanaşı, ölkədə aydan aya illik artım qeydə alınır. Yanvarda dekabrın 211,4 faizinə qarşı 254,2 faiz təşkil edib, fevralda isə 282 faizdən çox olacağı gözlənilir.