USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Azsığorta" iri həcmli sığorta ödənişləri edib

23.07.2018 Bank
0 0
"Azsığorta" şirkəti “Daşınmaz Əmlakın İcbari sığortası” növü üzrə iri həcmli sığorta ödənişləri həyata keçirib.

Şirkətdən "Kommersant"a verilən məlumata görə, Lənkəran şəhərində yerləşən istirahət mərkəzlərindən birində elektrik naqillərində yaranan qısa qapanma nəticəsində yanğın, digərində isə leysan səbəbindən su basma hadisəsi baş verib. Həmçinin, Bakı şəhərində yerləşən ofis binalarının birində çəkilmiş elektrik xətlərində qısa qapanma baş verib. "Azsığorta" şirkəti əmlaka dəymiş ziyanı qarşılayaraq 100 240 manat, 129 904 manat və 95 006 manat dəyərində sığorta ödənişi edib.

Qeyd edək ki, ötən il ərzində də "Azsığorta" şirkəti iri həcmli sığorta ödənişləri edib. Şirkət, 2017-ci il ərzində ümumilikdə 9,1 milyon manatdan çox sığorta ödənişi həyata keçirib.

"Azsığorta ölkənin ən stabil sığorta şirkətlərindən biridir. "Fitch" beynəlxalq reytinq agentliyi şirkətin etibarlığını təsdiq edərək ona "stable" proqnozu ilə "B" reytinqini təyin edib.