USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"AMB FED-dən əvvəl faiz dərəcələrini endirə bilər"

01.04.2024 Bank
0 0
Avropa Mərkəzi Bankının İdarə Heyətinin üzvü Holzmann proqnoz verib ki, Avropa Mərkəzi Bankı (AMB) ABŞ Federal Ehtiyat Sistemindən (FED) əvvəl faiz dərəcələrini endirə bilər.

Avropa Mərkəzi Bankının İdarə Heyətinin üzvü Robert Holzmann, səlahiyyət müddəti 2025-ci ilin avqustunda başa çatacaq Avstriya Mərkəzi Bankının prezidenti postuna ikinci müddətə namizəd olmayacağını bildirib.

Kronen Zeitung qəzetinə danışan Avstriya Mərkəzi Bankının sədri Holzmann, "Beş il əvvəl bunun 6 illik bir iş olduğunu və bundan sonra ikinci müddətə namizəd olmayacağımı açıq şəkildə bildirdim. Əhəmiyyətli olan odur ki, biz bir nəticə əldə etdik".

Holzmann həmçinin Vyanada çıxan qəzetə deyib ki, Avropanın nisbətən yavaş iqtisadi inkişafı səbəbindən AMB faiz dərəcələrini ABŞ Federal Ehtiyat Sistemindən daha erkən azaltmağa başlaya bilər.