USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Bank Silk Vey"in maliyyə vəziyyəti məlum oldu - HESABAT

24.07.2018 Bank
0 0
Bankın xalis mənfəəti 4 dəfə artıb

“Kommersant” xəbər verir ki, korporativ bankçılığı ilə seçilən “Bank Silk Vey” 2018-ci ilin ikinci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb. Belə ki, hesabata əsasən bankın faiz gəlirləri 16 milyon 851 min manat, faiz xərcləri 6 milyon 923 min manat, qeyri-faiz gəlirləri 10 milyon 139 min manat, qeyri-faiz xərcləri isə 15 milyon 154 min manat olub. “Bank Silk Vey”in əməliyyat mənfəəti 4 milyon 912 min manat təşkil edib. Bank 2018-ci ilin birinci yarısında mənfəətdən vergilərə 269 min manat ödədikdən sonra bank 12 milyon 256 min manat xalis mənfəətlə başa vurub. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə bankın xalis mənfəəti 4 dəfə artdığını müşahidə edirik.

Yarım milyard manatdan çox kredit verib

Bankın müştərilərə verdiyi kreditin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 45% artaraq 534 milyon 823 min manata çatıb. Kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyata 12 milyon 584 min manat ayırıb. Bankın cəmi aktivləri 599 milyon 178 min manat təşkil edib.

Bankın depozit portfelində 2,5 dəfə artım müşahidə olunur. Belə ki, 2017-ci ilin birinci yarısında bankın depozit portfeli 174 milyon 91 min manat təşkil etdiyi halda, 2018-ci ilin birinci yarısında bu rəqəm 447 milyon 580 min manat olub.

“Bank Silk Vey”in 2018-ci ilin birinci yarısında cəmi öhdəlikləri 468 milyon 457 min manat təşkil edib.

Bankın 2018-ci ilin 30 iyun tarixində açıqladığı maliyyə hesabatına əsasən məcmu kapitalı 125 milyon 471 min manat təşkil edib.