USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Yaşıl taksanomiya”nın hazırlanması yekun mərhələdədir

06.09.2024 Bank
0 0
Azərbaycanda maliyyə sektoru üzrə “Yaşıl taksanomiya”nın hazırlanması yekun mərhələdədir.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Dayanıqlı Maliyyə şöbəsinin aparıcı iqtisadçısı Kənan Məmmədov bildirib.

“Taksanomiyanın hazırlanmasına yerli və xarici ekspertlər, eləcə də aidiyyəti dövlət qurumlarının nümayəndələri cəlb edilib. Hazırda sənədi bankların və sektorun digər üzlərinin necə tətbiq edə biləcəyi araşdırılır. Calışırıq ki, taksanomiya daha anlaşılan və praktik olsun. Bu səbəbdən də “fedback” bizim üçün önəmlidir. “Yaşıl taksanomiya” növbəti aylarda ictimaiyyətə təqdim ediləcək”, – deyə o qeyd edib.