USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

200 manatlıq əsginas 323 manata satılır

26.07.2018 Bank
0 0
"Kommersant.az" xəbər verir ki, Azərbaycanın 200 manatlıq əsginası "Ebay"da 323 manata satışa çıxarılıb.

Sizə 2011-ci ildən danışıram. Mobil operatorlar konturdan balansa keçid etdilər. 11 kontura yazdığımız SMS-i artıq 3 qəpiyə göndərirdik...

Söz vaxtına çəkər. Yay ayları olardı. Rayona getmişdim. Məni mağazaya göndərdilər. Növbəmi gözləyirdim ki, satıcı ilə alıcının dialoqu diqqətimi çəkdi: "3 manatlıq "kontur" neçəyədir?"

Özümü tuta bilməyib güldüm: "Suala bax e, 3 manatlıq kontur neçəyədir?" Bu sual mənə "Ay qız, ay qız, adın nədir, Bağdagül?" mahnısı qədər mənasız gəlmişdi. Amma gülüşümün üzümdə donması çox çəkmədi. Satıcıdan cavab gəldi: "3 manat 20 qəpik"...

İndi də nə başınızı ağrıdım, yəqin siz də xatırlayarsınız. Ötən aylarda dövriyyəyə buraxılan və vətəndaşlarımız tərəfindən böyük marağa səbəb olan 200 AZN-lik əsginaslar ona "sahib ola bilməyənlər"in üzüntüsünə səbəb olmuşdu.

Diqqət, diqqət! Vətəndaşlara şad xəbər!

Əziz həmvətənlərim, artıq 200 manatlığı "ala biləcəksiniz". Sadəcə məsələ burasındadır ki, ona sahib olmaq sizə bir balaca baha başa gələcək. Belə ki, Azərbaycan banklarının ala bilmədiyi 200 AZN "kitay"lar tərəfindən alınıb və artıq "Ebay"da satışa da verilib. Özü də nə az, nə çox 189,99 Amerika dolları, yəni 323 AZN-ə. Daha dəqiq desəm, üç yüzlük, bir əllilik verirsiniz, sizə qalıq da qaytarırlar, qarşılığında bircə iş günü ərzində 200 AZN-lik əsginasınız da olur. Bundan yaxşı təklif?

Unutmadan, 2,99 dollar dəyərində də çatdırılma haqqı var. Nəticə etibarilə, əsginası sizə 28 May metrosundan yox, Şanxaydan gətirəcəklər.

Onu da qeyd etməyi özümə borc bilirəm ki, əsginası 30 gün ərzində qaytarmaq haqqına sahibsiniz. Yəni, şəkil çəkdirib geri göndərə bilərsiniz. Elə burada da Kərəmi ağlamaq tutdu...