USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Expressbank"ın xalis mənfəəti azalıb - HESABAT

31.07.2018 Bank
0 0
"Expressbank"ın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfəyə yaxın azalıb.

“Kommersant.az” xəbər verir ki, “Expressbank” 2018-ci ilin ikinci rübü üzrə maliyyə hesabatını açıqlayıb. Belə ki, bankın faiz gəlirləri 14 milyon 933 min manat, faiz xərcləri 4 milyon 206 min manat, bankın əməliyyat mənfəəti isə 2 milyon 13 min manat təşkil edib. “Expressbank” 2018-ci ilin ikinci rübünü 992 min manat xalis mənfəətlə başa vurub. Halbuki, bank 2017-ci ilin birinci yarısını 1 milyon 780 min manat xalis mənfəət əldə edib.

“Expressbank”ın müştərilərə verdiyi kreditin həcmi 205 milyon 365 min manat olub. Bankın cəmi aktivləri 440 milyon 153 min manat təşkil edib.

Müştərilərin depozitlərinin həcmi 261 milyon 350 min manat olub. “Expressbank”ın cəmi öhdəlikləri 295 milyon manat təşkil edib.

“Expressbank”ın 2018-ci ilin 30 iyun tarixinə olan maliyyə hesabatına əsasən, bankın məcmu kapitalı 140 milyon 949 min manat olub.