USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

TCMB-nin ehtiyatları ardıcıl 5 həftədir ki, azalır

24.04.2025 Bank
0 0
Mərkəzi Bankın məcmu ehtiyatları ötən həftə ilə müqayisədə 0,6 faiz azalaraq 146,6 milyard dollar olub və bununla da 5 həftədir ki, fasiləsiz enişi davam edib. Bir həftə ərzində xalis ehtiyatlar 243 milyon dollar azalıb.

Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) açıqladığı məlumatlara görə, əvvəlki həftə 38 milyard 874 milyon dollar olan xalis beynəlxalq ehtiyatlar, 18 apreldə bitən həftədə 243 milyon dollar azalaraq 38 milyard 631 milyon dollara gerilədi.

Rəsmi ehtiyat aktivləri ötən həftə ilə müqayisədə 0,6 faiz azalaraq 146,6 milyard dollara çatıb. Bu həftə valyuta aktivləri əvvəlki həftə ilə müqayisədə 6,3 faiz azalaraq 56,6 milyard dollara, qızılla ifadə edilmiş ehtiyat aktivləri 3,5 faiz artaraq 82,3 milyard dollara, BVF-nin ehtiyat mövqeyi və SDR cəmi 1,3 faiz artaraq 7,7 milyard dollara çatıb.

Qısa müddətdə valyuta likvidliyinə təsir edən dövlət sektorunun (Mərkəzi Bank və Mərkəzi Hökumət) valyuta öhdəlikləri əvvəlki həftə ilə müqayisədə 2,1 faiz artaraq 112,4 milyard dollar olub. Əvvəlcədən müəyyən edilmiş valyuta öhdəlikləri əvvəlki həftəyə görə yüzdə 2,6 artaraq 57,3 milyard dollara, şərti valyuta öhdəlikləri isə əvvəlki həftəyə görə yüzdə 1,5 artaraq 55,1 milyard dollara çatıb. Bu həftəyə Mərkəzi Bankın valyuta svop əməliyyatları nəticəsində yaranan cəmi valyuta öhdəlikləri 19,8 milyard dollar təşkil edib.