USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Banklarda dolların satışı 3 dəfədən çox azalıb - RƏSMİ

01.08.2018 Bank
0 0
Son iki ay ilə müqayisədə dolların satışı 3,2 dəfə azalıb

“Kommersant.az” Azərbaycan Mərkəzi Bankının açıqladığı icmala əsasən xəbər verir ki, 2018-ci ilin iyun ayında banklar müştərilər tərəfindən cəmi 148 milyon 522 min manat həcmində dollar alıb. Bu da 2018-ci ilin may ayı ilə müqayisədə 7% azalma deməkdir.

Banklarda müştərilərə dollar satışında da azalma müşahidə olunur. Belə ki, 2018-ci ilin aprel ayında əhali 545 milyon 659 min manat banklardan dollar aldığı halda, iyun ayında bu göstərici 167 milyon 596 min manat həcmidə olub.

Açıqlanan icmala əsasən, banklar əhali tərəfindən 30 milyon 190 min manat avro alıb, 47 milyon 547 min manat həcmində isə avro satışı həyata keçirib.