USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kapital Bank “Könüllülər” proqramına start verdi

02.08.2018 Bank
0 0
Kapital Bank gənclər üçün yeni “Könüllülər” proqramına başlayıb

"Kommersant.az" xəbər verir ki, layihə çərçivəsində 30 nəfər gənc Kapital Bank filiallarında təcrübə proqramında iştirak edib, bank xidmətləri barədə biliklərə yiyələnəcəklər. Könüllülər ilk 2 həftə ərzində bankda nəzəri təlimlər keçəcəklər. Növbəti 2 həftə ərzində təcrübə proqramında iştirak edəcəklər. Son 2 ay müddətində isə filiallarda könüllülər qismində müştərilərə xidmət göstərəcəklər. 3 aylıqproqramın sonunda iştirakçılara sertifikatlar təqdim ediləcək.

Kapital Bank-ın İnsan Resurslarının İdarə Edilməsi departamentinin direktoru Fərqanə Məmmədova bildirib ki,təcrübə proqramının sonunda yaxşı nəticələr göstərən gənclərə mövcud vakansiyalar üzrə iş təklifi veriləcək. Həmçinin gənclərə yalnız məlumat xidmətinin iş prinsipi deyil, bank əməliyyatları, kreditlər, əmanətlər, ödəniş kartları, pul köçürmələri, müxtəlif xidmət tarifləri və digər mühüm istiqamətlər üzrə də məlumat veriləcək və gündəlik iş prosesində onların da iştirakı təmin ediləcək.

Qeyd edək ki, Kapital Bank daim gənclərlə bağlı olan təhsil və karyera layihələrinə böyük diqqət ayırır. Beynəlxalq Təhsil Sərgisi, Respublika Fənn Olimpiadası, Azərbaycan üçün öyrət, Təhsil Avtobusu, Sabah qrupları ilə layihələrdə iştirak, o cümlədən İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti, ADA Universiteti və digər qurumlarla əməkdaşlıq buna əyani sübutdur.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu

Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.