2018-ci ilin ikinci rübünü geridə qoyduq. Bir sıra banklarımız öz aktivlərini artırdı, bəzi banklar isə azaltdı. Bu məqaləmizdə bankların aktivlərinin bazardakı payından söz açmışıq.
"Kommersant.az" xəbər verir ki, ümumiyyətlə bunu demək olar ki,aktivlərinə görə bazarda 5 bankın ümumi çəkisi 64,6 %-dir. İşin maraqlı tərəfi bu banklardan yalnız üçününü çəkisi 10%-dən çoxdur. Digər 25 bankın çəkisi isə, 35,4%-dir.
Ən böyük pay sahibləri isə Beynəlxalq bankla Paşa bankdır.