USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mərkəzi Bankın valyuta ehtiyatları artıb - RƏQƏMLƏR

03.08.2018 Bank
0 0
Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları bu il avqustun 1-nə 5 546,7 mln. ABŞ dolları təşkil edib.

"Kommersant.az" xəbər verir ki, bu, iyulun 1-i ilə müqayisədə 34 mln. dollar və yaxud 0,6% çoxdur.

AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 212,1 mln. dollar və yaxud 4%, son 1 ildə isə 513,6 mln. dollar və yaxud 10,2% artıb.


(c) Report