USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Beynəlxalq Bank"da - YENİ TƏYİNAT

03.08.2018 Bank
1 0
Azərbaycan Beynəlxalq Bankında yeni təyinat olub. Nərgizxanım Aqşin qızı Biləndərli bankın Korporativ biznes üzrə Baş direktoru vəzifəsinə təyin edilib.

Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsinin məzunu olan Nərgizxanım Biləndərli bank sektorunda 1995-ci ildən fəaliyyət göstərir. Bu müddətdə Azərbaycan Beynəlxalq Bankında, Bank of Baku-da, Bank Standard-da müxtəlif vəzifələrdə, o cümlədən Müştəri xidməti departamentinin direktoru və İdarə Heyəti sədrinin müavini vəzifələrində işləyib. Son təyinata qədər isə Bank VTB-də (Azərbaycan) çalışıb.