Bahalaşmağa başladı - RUBLUN QİYMƏTİ

15.08.2018 Bank
Rusiya Mərkəzi Bankının banklar üçün keçirdiyi hərracın nəticələri açıqlanıb

"Kommersant.az" xəbər verir ki, Rusiya Mərkəzi Bankının nəticələrinə görə, bu saatlarda 1 dolların dəyəri 1,47 rubl ucuzlaşaraq 66,75 rubl təşkil edir.

Məlumatda bildirilir ki, Rusiyada 1 avronun dəyəri də 1,42 rubl ucuzlaşaraq 76,23 rubl olub.

Rusiyada valyuta birjalarındakı nəticəyə görə isə 1 dollar 66,34 rubl, 1 avro isə 75,29 rubl təşkil edir.

Nağd alış-satışda isə 1 dollar 67,29 rubl, 1 avro isə 76,59 rubldur.