Türkiyə Mərkəzi Bankından Qətər razılaşması ilə bağlı açıqlama

20.08.2018 Bank
Türkiyə Mərkəzi Bankı (TCMB), Qətər Mərkəzi Bankı ilə bağladığı Swap Müqaviləsinə dair açıqlama yayıb.

"Kommersant.az" xəbər verir ki, açıqlamada bu ifadələrə yer verilib:
Türkiyə Respublikasının Mərkəzi Bankı (TCMB) və Qətər Mərkəzi Bankı (QCB) arasında 17-ci il Avqustun 2018-də Dohada təşkil olunan bir mərasimlə, ikili bir valyuta mübadiləsi (swap) müqaviləsi imzalanmışdır.

Sözügedən müqavilə 3 milyard USD qarşılığı Türk Lirəsi və Qətər Rialında imzalanmışdır. Müqavilənin əsas hədəfi yerli pul vahidləri ilə həyata keçirilən ticarəti asanlaşdırmaq və iki ölkənin maliyyə sabitliyinə dəstək verməkdir".

Qətər Əmiri, Türkiyəyə 15 milyard dollar birbaşa investisiya qoyulacağını bildirmişdi.