USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Apple"nin rəhbəri şirkətin 280 min səhmini ala bilər

23.08.2018 Bank
0 0
"Apple"nin baş direktoru Tim Kuk şirkətin təqribən 120 milyon dollarlıq səhmini ala bilər.

"Kommersant.az" TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü "Bloomberg" məlumat yayıb.

Kuk "Apple" korporasiyasının rəhbəri kimi payına düşən 280 min səhmi əldə edəcək. Eyni zamanda o, əgər şirkət səhmlərinin gəlirliliyi son üç il ərzində fond bazarında S&P 500 indeksinə daxil olan şirkətlərin analoji göstəricilərinin üçdə ikisini üstələyəcəyi təqdirdə, əlavə olaraq 280 min səhm də ala bilər. Qiymətli kağızların ümumi dəyəri 120 milyon dollar təşkil edə bilər.

Hazırda Kukun sərvəti 700 mln. dollara çatır.

(c) Report