Fondun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

28.08.2018 Bank
28 avqust 2018-ci il tarixində Bakı Fond Birjasında İpoteka və Kredit Zamanət Fondu ASC – nin AZ2031008686 ISIN-li, 20 mln manat həcmində, 23 il (8280 gün) tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Yerləşdirmə zamanı hərrac qiyməti 1 000 AZN olmuşdur.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 20 000 000,00 manat olmuşdur.

İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 20 000 000,00 manat təşkil etmişdir.

İstiqrazların ödəmə tarixi 29 aprel 2041-ci ildir.