USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qızıl yenidən bahalaşdı

31.08.2018 Bank
0 0
Dünya bazarında qızılın bu saata olan qiymətində bahalaşma qeydə alınıb.

"Kommersant.az" xəbər verir ki, qızılın 1 unsiyasının qiyməti 5,34 dollar, yaxud 0,45% artaraq 1,205 dollar olub.

Pambığın qiymətində də bahalaşma qeydə alınıb. Belə ki, bu günə olan nəticələrə görə, pambıq 0,21%, yaxud 0,17 dollar bahalaşaraq 1,82 dollar olub.

Məlumata görə, gümüşün qiyməti isə 0,79%, yaxud, 0,12 dollar ucuzlaşaraq 14,52 dollar təşkil edib.