USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Problemli kreditlərin həcmi artıb

03.09.2018 Bank
0 0
Mərkəzi Bank 2018-ci ilin avqust ayı üzrə hesabatı açıqlayıb.

"Kommersant.az" Mərkəzi Bankın 2018-ci ilin avqust ayı üzrə açıqladığı hesabata əsasən xəbər verir ki, ümumilikdə problemli kreditlərin həcmi 1 milyard 782 milyon 100 min manat təşkil edib. Problemli kreditlər 2018-ci ilin əvvəli ilə müqayisdə 86 milyon 200 min manat artıb.

Manatla olan problemli kreditlər 667 milyon 600 min manat, xarici valyuta ilə olan problemli kreditlərin həcmi isə 936 milyon 600 min manat olub.

Xarici valyuta ilə olan problemli kreditlər həcmi ötən ay ilə müqayisədə 27,6 milyon manat artıb.