Qarabağ Azərbaycandır!

Dövlət satınalmalarından əldə olunan vəsaitin istifadəsi müzakirə edilib

28.09.2018 Bank
Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Komplayns üzrə” Ekspert Qrupunun iclası keçirilib.

ABA-dan "Kommersant.az"a daxil olan məlumata görə, iclasda yeni şəxsiyyət vəsiqələrilə eyniləşdirmə prosesinin aparılması və PL/TMM Qanunvericiliyinin Banklarda tətbiq edilməsi məsələlərinə baxılıb.

Həmçinin iclas zamanı Dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitin istifadəsinə nəzarətin optimallaşdırılması prosesi müzakirə olunub.