USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

170 dövlət əmlakı satışa çıxarılacaq - TARİX

16.10.2018 Bank
0 0
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərraclardan biri 23 oktyabrda reallaşacaq.

"Kommersant.az" xəbər verir ki, dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı hərraca ümumilikdə 170 dövlət əmlakı çıxarılıb. Onlardan 91-i kiçik dövlət müəssisə və obyekti, 47-si qeyri-yaşayış sahəsi, 23-ü səhmdar cəmiyyəti, 9-u nəqliyyat vasitəsidir.

Hərraclarda özəlləşdirmə prosesinin iştirakçısı olmaq istəyənlər komitənin rəsmi saytı (emdk.gov.az) və Özəlləşdirmə portalına daxil ola bilər. Bu resurslar vasitəsilə seçim və sifariş edən şəxs hərrac keçirilən yerə getmədən də şəffaf prosesdə onlayn iştirak edə bilər.