USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Mərkəzi Bank manatın möhkəmlənməsində maraqlı deyil" - EKSPERT

22.10.2018 Bank
0 0
"Manatın möhkəmlənməsinin, hələlik Mərkəzi Bankın gündəliyində olmadığı anlaşılır."

"Kommersant.az" xəbər verir ki, bunu açıqlamasında iqtisadçı alim Vüqar Bayramov deyib. O qeyd edir ki, manatın məzənnəsinin müəyyənləşməsində Mərkəzi Bank aparıcı mövqeyini qoruyub saxlayır:

"Deməli, kursun necə dəyişməsi birbaşa Mərkəzi Bankdan asılı olacaq. Amma baş bankın son açıqlamalarından görünür ki, Mərkəzi Bank manatın məzənnəsinin möhkəmlənməsində maraqlı deyil. Sözügedən bank mövcud kursu qoruyub saxlamağa çalışır. O baxımdan, neftin qiymətini yüksək olmasına baxmayaraq manatın möhkəmlənməsinin, hələlik Mərkəzi Bankın gündəliyində olmadığı anlaşılır."

Ekpert, "Dollara tələb növbəti aylarda necə dəyişəcək?" sualına cavab olaraq eyd edib ki, neftin dünya bazar qiymətinin yüksək olmasına rəğmən ölkəmizdə dollara tələbin yenidən dekabr ayında artacağı gözlənilir:

"Bu maliyyə ilinin sonuncu ayı olması səbəbindən dövlət və özəl qurumların xarici borc öhdəliklərinin yerinə yetirməsi, idxalda və büdcə xərcləmələrində gözlənilən artımlar və xarici səfərlərin sayının artması ilə bağlıdır."