0
0
Dünya kriptovalyuta bazarında bu saatlarda kütləvi ucuzlaşma müşahidə olunur
"Kommersant.Az" xəbər verir ki, mayın 11-nə olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 91-i ucuzlaşıb.
Ən böyük kapitallaşmaya malik olan Bitcoin son sutka ərzində 423 dollar və ya 4,8% ucuzlaşaraq 8342 dollara enib.
Son bir həftə ərzində isə bitkoin 1405 dollar və ya 14,4% ucuzlaşıb.
Ethereumun qiymətində də ucuzlaşma qeydə alınıb. Belə ki, bu virtual pul son sutka ərzində 57 dollar və ya 8% ucuzlaşaraq 650 dollar olub.
Son bir həftə ərzində isə Ethereum 155 dollar və ya 19,2% ucuzlaşıb.
Kriptovalyutalardan ən çox bahalaşma Nuls-da(7,71%), ən çox ucuzlaşma isə Augur-da(23,49%) müşahidə olunub.