Rublun qiyməti qalxıb

12.11.2018 Bank
Rusiya Mərkəzi Bankının banklar üçün keçirdiyi hərracın nəticələri açıqlanıb.

"Kommersant.az" xəbər verir ki, Rusiya Mərkəzi Bankının banklar üçün keçirdiyi hərracın nəticələri açıqlanıb. Rusiya Mərkəzi Bankının nəticələrinə görə, bu saatlarda 1 dolların dəyəri 0,63 rubl bahalaşaraq 66,85 rubl olub.

Məlumatda bildirilir ki, Rusiyada 1 avronun dəyəri isə 0,14 rubl artaraq 75,81 rubl olub.

Rusiyada valyuta birjalarındakı nəticəyə görə isə 1 dollar 68,01 rubl, 1 avro isə 77,03 rubl təşkil edir.

Nağd alış-satışda isə 1 dollar 68,10 rubl, 1 avro isə 77,35 rubldur.