USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

500 min digəri 5 min əmanət qəbul edir.Bəziləri isə heç bir məbləğə yaxın durmur-Banklar

14.05.2018 Bank
0 0
Ölkəmizdə fəaliyyət göstərən bankların hər birinin əmanətə görə gəlirlik faizləri və əmanət qismində qəbul etdikləri məbləğ var. Belə ki, elə bankların özündən öyrəndiyimiz məlumata görə,Bank Silk Vay yalnız 500 min manat və daha çox məbləğdə əmanət qəbul edir. Bu zaman müştəriyə yalnız ilin sonunda faiz gəlirləri verilir. Bankın manatda faiz gəliri 2%, dollarda isə 1.5%dır.

İran Milli Bankı isə 5 min manatdan aşağı məbləğdə əmanət qəbul etmir. Depozit isə yalnız manatda ola bilər. Dollarda əmanət qəbul edilmir. Bank ilin sonuna yatırılan əmanətə 6%, aybaay isə 5% gəlirlilik vəd edir.

Naxçıvan Bank isə nə Bakıda nə də Naxçıvanda əmanət qəbul etmir.

Pakistan Milli Bankından Fins.az-a verilən məlumata görə, isə bu banka əmanət qoymaq istəyən şəxs yalnız rəhbər şəxslə görüşdən sonra müəəyyən edilir ki, həmin şəxsdən əmanət qəbul edilsin ya yox.

Ziraat Bankın əmanət faizlərini bilmək üçün isə mütləqdir ki, vaxt ayırıb banka getmək lazımdır. Əks təqdirdə heç bir bank işçisi bu barədə məlumat verməyəcək. Ən yaxşı halda əlaqə nömrənizi alıb sizə xəbər edərik deyiləcək.