Vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri açıqlanıb

26.11.2018 Bank
Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələrini açıqlayıb.

AMB-dən "Kommersant.az"a verilən məlumata görə noyabrın 26-da Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 1 169,9 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 7,76 faiz təşkil edib.