“MuğanBank”ın vəzifəli şəxsi 7 il azadlıqdan məhrum edildi

26.11.2018 Bank
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən “MuğanBank” ASC-nin Əhmədli filialının sabiq departament müdiri Azər Mahmudovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Kommersant.az" bildirir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, A. Mahmudov 7 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, A.Mahmudov “MuğanBank” ASC-nin Əhmədli filialının departament müdiri vəzifəsində çalışarkən başqalarının etibarından sui-istifadə edərək, onlara qarşı ümumilikdə 312 min 851 manat məbləğində ziyan vurub.

Vurulan ziyandan 23 784 manat pul ödənilib.

Oxu