USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya Mərkəzi Bankı 1 kq ağırlığında gümüş sikkə buraxıb

27.11.2018 Bank
0 0
Mərkəzi Bankının yaydığı press-relizdə Rusiya Mərkəzi Bankı 1 kq ağırlığında xatirə gümüş sikkə buraxıb

"Kommersant.az" bildirir ki, bu, 200 rubl və 2000 rubl dəyərindəki banknotların rəmzlərinin seçilməsi üzrə ümumrusiya səsverməsinin final mərhələsinin iştirakçılarına həsr olunub. Yüz rubl dəyərindəki sikkə cəmi 75 ədəd buraxılıb. Sikkənin ön tərəfində Rusiya Federasiyasının dövlət gerbinin relyef forması təsvir olunub. Arxa tərəfdə isə dairəvi şəkildə ümumrusiya səsverməsinin finalçı şəhərləri və ərazilərinin, o cümlədən Petrozavodsk, Uzaq Şərq, İrkutsk, Kazan, Soçi, Volqoqrad, Nijni Novqorod, Vladimir və Sergiyev Posadın rəmzləri əks olunub.