USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"UniBank"da yeni təyinat

29.11.2018 Bank
0 0
“Unibank” KB-da struktur yeniliyi olub. Bundan sonra bütün satış istiqamətləri bir kuratorun nəzarətində olacaq.

Uzunillər bankda çalışan Korporativ biznes üzrə İdarə Heyəti sədrinin müavini İqor Okayev İdarə Heyəti sədrinin Korporativ və Pərakəndə biznes üzrə müavini vəzifəsinə təyin edilib. Korporativ, mikromaliyyələşdirmə, pərakəndə biznes və Marketinq departamenti İqor Okayevin kurasiyasına verilib.

Bütün satış istiqamətlərinin bir kurasiyada cəmləşməsi beynəlxalq təcrübəyə uyğun olmaqla yanaşı, satışın effektivliyinin daha da artırılması ilə strateji hədəflərin yerinə yetirilməsi, satışı bir nöqtədən idarə etməklə sinerji yaratmaq, bütün bu istiqamətlər arasında əlaqəni gücləndirmək məqsədi daşıyır. Satış və Marketinq bölmələrinin bir kurasiyada birləşdirilməsi eyni zamanda bazar analitikasından istifadəni gücləndirməklə, innovativ bank məhsullarının yaradılmasında çevikliyi daha da artıracaq.