USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan biznesə başlama üzrə dünyanın ən yaxşı ölkələri sırasına daxil ola bilər

23.07.2019 İqtisadiyyat
0 0
Azərbaycan "Doing Business 2020” hesabatında "Biznesə başlama” meyarı üzrə cari ildə dünyanın ən yaxşıları sırasında yer almağı hədəfləyir. 2019-cu ilin hesabatına görə, bu meyarda dünyanın ən yaxşı onluğu sırasına daxil olan ölkəmiz cari ildə biznesə start verilməsi qaydalarında bir sıra yeniliklər tətbiq etməklə mövcud prosedurları daha da asanlaşdırıb.

"Kommersant.az" xəbər verir ki, bu barədə Azərbaycan Vergilər Nazirliyindən bildirilib.

Nazirlikdən qeyd olunub ki, hazırda "Doing Business 2019" hesabatında Azərbaycan "Biznesə Başlama" indikatoru üzrə 190 ölkə arasında 9-cu yerdədir. "Doing Business 2019" hesabatında Azərbaycan üçün "Biznesə Başlama" indikatoru üzrə 3 prosedur, 3,5 gün və 18 manat xərc nəzərdə tutulub. Lakin 2019-cu ildə həyata keçirilmiş islahatlar nəticəsində biznesə başlamaq üçün maliyyə vəsaiti və sənəd sayı sıfıra endirilib, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət cəmi 1 prosedur çərçivəsində 0,5 gün ərzində onlayn qaydada qeydiyyata alınır.

"Müvafiq meyarlarda əhəmiyyətli dəyişikliyə nail olunub. Bu isə onu deməyə əsas verir ki, aparılmış islahat ölkəmizin "Doing Business" hesabatında mövqelərinə müsbət təsir edəcək", - deyə Nazirlikdən bildirilib.

  • Əvvəlki

    Azərbaycanda əmək qabiliyyətli yaşda ölən insanların sayı azalıb

Digər xəbərlər

18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0