Qarabağ Azərbaycandır!

İlon Mask dünyanın ən varlı adamı oldu

08.01.2021 Biznes
Məşhur biznesmen və ixtiraçı İlon Mask dünyanın ən varlı insanına çevrilib.

Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Belə ki, “Tesla”nın səhmləri bu gün keçirilmiş hərracda 5,38% artaraq 796 38 dollara yüksəlib və E.Mask varlı insanların reytinqində Ceff Bezosu keçib.

Son məlumata görə, hazırda İ.Maskın sərvəti 188,5 milyard dollar qiymətləndirilir.

Qeyd olunur ki, 2020-ci ilin əvvəlində İ.Maskın sərvəti təxminən 27 milyard dollar olaraq qiymətləndirilirdi və 49 yaşlı iş adamı hətta ən varlı 10 nəfərin siyahısına daxil deyildi.