USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan iqtisadiyyatı böyüməyə davam edir - ING-dən yeni proqnoz

17.04.2026 İqtisadiyyat
0 0
Niderlandın ING bank qrupu Azərbaycan üzrə ÜDM-in artımına dair 2028-ci ilə qədər olan müddəti əhatə edən yenilənmiş proqnozunu dərc edib.

Bu barədə Kommersant.az məlumat verir.

Analitiklərin qiymətləndirmələrinə əsasən, 2026-cı ildə illik ÜDM artımı 2,5% təşkil edəcək, 2027-ci ildə isə artımın 3%-ə qədər sürətlənəcəyi gözlənilir.

Rüblər üzrə 2026-cı il üçün aşağıdakı göstəricilər proqnozlaşdırılır: ikinci rübdə – 2,5%, üçüncü rübdə – 5%, dördüncü rübdə – 2,7%.

2027-ci ildə isə dinamika belə olacaq: birinci rübdə artımın 3% səviyyəsində olacağı gözlənilir, ikinci rübdə – 3,5%, üçüncü rübdə – 2%, dördüncü rübdə – 3,5%.