USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tikinti qaydaları dəyişdi - Ekoloji ekspertizanın rəyi tələb olunur

26.02.2019 İnşaat və Əmlak
0 0
“Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”na dəyişikliklər edilib.

"Kommersant.az"-ın məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara görə, Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın (Reyestrə daxil edilən məlumatların tərkibi) 3.1.1.5-ci yarımbəndindən sonra aşağıdakı məzmunda yeni yarımbənd əlavə edilib:

“3.1.1.6. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində nəzərdə tutulmuş fəaliyyət növlərinə dair ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi və dövlət ekoloji ekspertizasının rəyi.”

  • Əvvəlki

    DİQQƏT! Bu binalarda mənzillərin satışına qadağa qoyulur - MARAQLI TƏKLİF

Digər xəbərlər