USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Güzəştli mənzil istəyirsiniz? - Bunlara əməl edin

29.04.2019 İnşaat və Əmlak
0 0
Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) istifadəçilərin mənzil seçimi prosesində rahatlığını təmin etmək məqsədi ilə 09.04.2019-cu il tarixində “Güzəştli mənzil” sisteminin satış modulunun sınaq (demo) versiyasını istifadəyə verib.

Bu barədə açıqlama verən Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz deyib ki, istifadəçilər mənzil seçimi prosesinin bütün mərhələləri ilə yaxından tanış olmaq, elektron imza sertifikatlarından və texniki avadanlıqlarından istifadə bacarıqlarını təkmilləşdirmək üçün bu resursdan bəhrələnə bilərlər:

“Uduş sansını yüksəltmək üçün tövsiyə edirəm ki, güzəştli mənzil əldə etmək istəyənlər, sınaq (demo) versiya ilə məşq etməklə yanaşı normal kompüteri yüksək keyfiyyətli internetlə təmin etsinlər. Həmçinin də kompüterdə işləmək vərdişləri yetərli olan mütəxəssis tapsınlar”.

Ekspert xatırladıb ki, ötən satış prosesində hətta 9-10 saniyəyə mənzil seçənlər olub və onlayn satış prosesi cəmi 1-2 dəqiqə müddətində başa çatıb.

Qeyd edək ki, satış modulunun sınaq versiyası 9 aprel 2019-cu il tarixi saat 11:00-dan 27 aprel 2019-cu il tarixi saat 23:59-dək aktiv olacaq. Sistem vasitəsilə aparılan əməliyyatlar hər gün saat 00:00, 02:00, 04:00, 06:00, 08:00, 10:00, 12:00, 14:00, 16:00, 18:00, 20:00, 22:00-da yenilənərək sıfırlanacaq və mənzillər seçim üçün təkrarən aktivləşdiriləcək.

Satış modulunun sınaq versiyası vasitəsilə həyata keçirilən mənzillərin seçimi təlim xarakteri daşıyır və heç bir nəticə yaratmır.

Vətəndaşlar “108” saylı Çağrı mərkəzinə zəng edərək mövzu ilə bağlı bütün suallarına cavab tapa bilərlər.

Fins.az

  • Əvvəlki

    Azərbaycanla Avropa İttifaqı arasında viza rejimi sadələşdirilir

Digər xəbərlər

31.01.2024 İnşaat və Əmlak
Agentliyin mərtəbəsinin təmirinə 650 min ayrıldı
0 0
30.01.2024 İnşaat və Əmlak
Azərbaycanda mənzil almaqda - DƏYİŞİKLİK
0 0
23.01.2024 İnşaat və Əmlak
Bakıda bu il 65 bina söküləcək - ÜNVANLAR
0 0