USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mənzil almaq istəyənlərin DİQQƏTİNƏ! - Həyət və bağ evlərində...

12.06.2019 İnşaat və Əmlak
0 0
“Avqustun sonundan etibarən qiymətlər əvvəlki vəziyyətinə qayıdacaq”.

Bu sözləri "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak eksperti Nüsrət İbrahimov açıqlamasında bildirib.

Hazırda daşınmaz əmlak bazarındakı vəziyyəti şərh edən ekspert qeyd edib ki, bu ay ərzində daşınmaz əmlak bazarında 1.87% artım müşahidə olunub:

“Ötən ilin eyni dövrü ilə müqayisədə 11.25% artım baş verib. O cümlədən, həyət və bağ evlərində ay ərzində 4.2% artım hiss olunub. Eyni zamanda, digər seqmentlərdə artım yaşanıb. Yeganə azalma ilkin mənzil bazarında müşahidə olunub.

Mövsümi aylar qiymətlərin aşağı düşməsinə səbəb olur.

Yay mövsümü ilə əlaqədar daşınmaz əmlak bazarında qiymətlərin ucuzlaşması qaçılmazdır. Çünki yay aylarda bazarda aktivlik aşağı düşür. Qiymət ucuzlaşması əsasən mənzil və kirayə bazarında özünü qabarıq şəkildə biruzə verir. Qeyri-yaşayış obyektləri, kommersiya, həyət və bağ evlərinin qiyməti isə stabildir və belə də qalacaq.

Mövcud mənzil fondu əhalinin tələbatını ödəmir.

Bazarda qiymətlərin artması və tikinti işlərinin davam etməsi mövcud mənzil fondunun əhalinin tələbatını ödəmədiyini göstərir. İl ərzində təxminən 2 milyon kvadratmetr tikilir, amma tələb 4 milyon kvadratmetrdir".

  • Əvvəlki

    Azərbaycanın ən bahalı avtomobilləri - VİDEO

Digər xəbərlər

31.01.2024 İnşaat və Əmlak
Agentliyin mərtəbəsinin təmirinə 650 min ayrıldı
0 0
30.01.2024 İnşaat və Əmlak
Azərbaycanda mənzil almaqda - DƏYİŞİKLİK
0 0
23.01.2024 İnşaat və Əmlak
Bakıda bu il 65 bina söküləcək - ÜNVANLAR
0 0