USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sabunçuda 8 qəzalı yaşayış binası sökülür - Köçürülmə başlayıb

21.10.2019 İnşaat və Əmlak
0 0
Bakının Sabunçu rayonunda qəzalı vəziyyətdə olan 8 yaşayış binasında sakinlərin köçürülməsinə başlanılıb.

Bu barədə Trend-ə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Məlumatda bildirilir ki, həmin binaların istismar müddəti başa çatıb və komissiya tərəfindən istifadəyə yararsız hesab edilib. Buna görə də həmin binadakı ailələrin köçürülməsinə start verilib. Yaxın vaxtlarda köçürülmə prosesi başa çatacaq və həmin binalar söküləcək.

Məlumatda qeyd edilir ki, yaşayış binaları Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nərimanov küçəsi, ev 6, Sabunçu qəsəbəsində A.Əsədullayev küçəsi, 27, M.Rəsulzadə dalan 3, ev 2, B.Bünyatov küçəsi, 7A, 2 Aprel küçəsi, ev 8A, 2 Aprel küçəsi, ev 18, D.Pişəvari küçəsi, 13Q və D.Pişəvari küçəsi,15 ünvanındakı binalardır.

  • Əvvəlki

    2500-dən çox uşağa görə birdəfəlik müavinət təyin edildi - Elektron qaydada

Digər xəbərlər