USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Əmlak Komitəsi «novostroyka» sakinlərinə müraciət edti

21.10.2019 İnşaat və Əmlak
0 0
Əmlak Məsələləri Dövlət Komitəsi istismarına icazə verilmiş çoxmənzilli binaların sakinlərini çıxarışların alınmasında aktiv olmağa çağırıb.

"Kommersant.az" xəbər verir ki, komitədən bildirilib ki, Prezident İlham Əliyevin imzaladığı «Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında» 19 fevral 2019-cu il tarixli fərmanın icrası ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi genişmiqyaslı işlər həyata keçirir.

Komitə rəsmisi vurğulayıb ki, istismarına icazə verilmiş sakinlərə çıxarışlarını almaqda fəal olmağa və Komitəyə müraciət etməyə çağırırıq: "Hər gün binaların həyətlərində çıxarışların verilməsi ilə bağlı səyyar xidmət keçirilir. Çıxarış almaqla onlar leqal əmlak sahibinə çevriləcək».

  • Əvvəlki

    Azərbaycandakı mehmanxanaların gəlirləri açıqlanıb

Digər xəbərlər