USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda tikinti materiallarının istehsalı artıb

04.03.2020 İnşaat və Əmlak
0 0
2020-ci ilin yanvar ayında Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 35,2 faiz artaraq 52,4 milyon manat təşkil edib.

Bu barədə "Kommersant.az"-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Asfaltın istehsalı 76,6 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 21,7 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 19,4 faiz, tikinti kərpicinin istehsalı 8,3 faiz artıb, tikinti gipsinin istehsalı 5,5 faiz, tikinti əhənginin istehsalı 26,2 faiz, sementin istehsalı isə 24,0 faiz azalıb.

Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində yanvar ayında 64,1 milyon manatlıq məhsul istehsal olunub, hazır metal məmulatlarının istehsalı sahəsində 63,9 faiz, metallurgiya sənayesində isə 38,8 faiz artım müşahidə olunub. Yanvar ayında sahə üzrə 2418,6 ton (2,2 dəfə çox) qara metallardan sair konstruksiyalar istehsal edilib.

  • Əvvəlki

    ABŞ Ukraynaya 8 milyon dollar ayıracaq - SƏBƏB

Digər xəbərlər