USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kirayə mənzil seçimi ilə bağlı yeni xəbər

14.03.2020 İnşaat və Əmlak
1 0
İpoteka və Kredit Zəmanət Fondunun (Fond) kirayə mənzil mexanizmi üzrə vətəndaşların elektron sistem vasitəsilə mənzil seçimi prosesi davam edir.

Qeyd olunur ki, artıq Fondun razılıq barədə qərarını əldə edən 150 vətəndaşdan 56-sı onlara təyin olunan maksimal aylıq ödəniş məbləğinə uyğun olaraq mənzil seçimi edib.

Fond tərəfindən EİKZS vasitəsilə kirayə mənzil modulu üzrə elektron müraciətlərin qəbulu prosesi də davam etdirilir. Bugünədək elektron sistemdən istifadə edərək kirayə mənzil xidmətinə müraciət edənlərin sayı aşağıdakı kimidir:

EİKZS-də elektron kabinet yaradanlar - 8 236

Müraciət formalaşdıranlar - 7 408

Müraciət göndərənlər - 5 769

Sənəd təqdim edənlər - 292

Razılıq qərarı alanlar - 150

Razılıq verilməsindən imtina olunanlar - 1

Mənzil seçimi edənlər - 56

Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.az), habelə “1549” Çağrı Mərkəzinə zəng etməklə, həmçinin EİKZS-dən istifadə ilə bağlı məlumatı EİKZS-də yerləşdirilmiştəlimatla tanış olmaqla əldə etmək mümkündür.

Eyni zamanda, vətəndaşlar Fond tərəfindən ilkin mərhələdə satmaq öhdəliyi ilə kirayəyə verilməsi nəzərdə tutulan yaşayış sahələrinin yerləşdiyi ərazi, sayı, sahəsi və digər məlumatlarla bu keçid vasitəsilə tanış ola bilərlər.

  • Əvvəlki

    Karantin qaydalarını pozanlar cəzalandırılacaq - Qərar

Digər xəbərlər