Bakıda bir neçə yaşayış binası söküləcək - VİDEO

19.03.2020 İnşaat və Əmlak
Nərimanov rayonunun Həsənoğlu küçəsində yeddi yaşayış binası söküləcək. Bununla bağlı sakinlərə "Ailə Park” tikinti şirkəti tərəfindən məlumat vərəqələri də paylanılıb.

Baku.TV xəbər verir ki, vərəqələrin üzərində sakinlərin hansı sənədləri təqdim etməli olduğu göstərilib.

"Ailə Park” MMC-nin rəsmi nümayəndəsi Kamil Məmmədlinin sözlərinə görə, həmin ərazidəki binalar yaşayış üçün tamamilə yararsızdır. Ərazidə artıq hasarlama işləri başlanılıb. Sakinlərlə notarial qaydada müqavilələr bağlandıqdan sonra onlara müvəqqəti kirayədə qalmaq üçün rüb hesabı olaraq 3 aylıq ödənişlər ediləcək.

"Əmin olsunlar ki, sökdüyümüz binaların yerində tikdiyimiz çoxmərtəbəli binalarda onlara mənzil və mülkiyyət verəcəyik”, - deyə şirkətin təmsilçisi bildirib.

  • Əvvəlki

    Çin koronavirus yayılan ölkələrə yardım təklif etdi

Digər xəbərlər

03.03.2020 İnşaat və Əmlak
Bakıda kirayə mənzillərin qiyməti bahalaşıb
0 0
26.02.2020 İnşaat və Əmlak
Şad Xəbər: 7000-dən çox ailə sevinəcək
0 0