USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qazaxda yol tikintisinə 3,3 milyon manat ayrılıb

08.06.2018 İnşaat və Əmlak
0 0
Prezident Əliyev Qazax rayonunun Qazax–Uzuntala (9 km)–Cəfərli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

"Kommersant"ın xəbərinə görə, sərəncama əsasən, Qazax–Uzuntala (9 km)–Cəfərli avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,3 milyon (üç milyon üç yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyi sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

  • Əvvəlki

    SOCAR “Khazar” avtomobilləri satışa çıxarılır

Digər xəbərlər

04.09.2024 İnşaat və Əmlak
Azadlıq prospektində təmir yekunlaşdı - VİDEO
0 0
09.08.2024 İnşaat və Əmlak
Bakının 28 May küçəsi təmir olunur
0 0