USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İnternet niyə kəsilmişdi? - Rəsmi açıqlama

22.04.2020 İqtisadiyyat
0 0
“İnternet təchizatında yaranan problemin səbəbi ilə əlaqədar paytaxt və regionlarda yerləşən hər hansı elektron ATS-in xidmət ərazisində təmir və ya qazıntı işləri ilə bağlı kabel zədələnməsinin olması, bu səbəbdən də internet probleminin qeydə alınması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir”.

"Kommersant.az" bildirir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Günel Gözəlova Oxu.Az-a açıqlamasında deyib.

O bildirib ki, respublika ərazisində internetin təchizatında problem yaranmasının səbəbi beynəlxalq şəbəkəni ölkəyə nəql edən kommersiya provayderi ilə bağlıdır:

"Ölkə ərazisində COVID-19 virusu ilə əlaqədar tətbiq edilən karantin rejimində bir çox şirkətlər işlərini onlayn rejimdə davam etdirir. Eləcə də, təhsil sistemində dərslər onlayn qaydada həyata keçirilir. Bununla əlaqədar, geniş zolaqlı internet şəbəkəsində əhəmiyyətli dərəcədə yüklənmə var. Bəzən internetlə əlaqəli vətəndaşın seçdiyi qurğu və evində yerləşdirdiyi cihaz bu günlərdə artan tələblərə cavab vermir.

Mütəxəssislərimiz istifadəçilərin fasiləsiz və sürətli internetə çıxışını təmin etmək məqsədilə şəbəkənin təkmilləşdirilməsi istiqamətində gündəlik profilaktik tədbirlər həyata keçirir. Göstərilən xidmətlərin respublika üzrə fasiləsiz təmin edilməsi üçün magistral internet xətlərinə də daim nəzarət edilir. Nazirlik tərəfindən ölkə ərazisində internetlə təminat davamlı şəkildə həyata keçirilir".

  • Əvvəlki

    Notların yerləşdirilməsi üzrə hərrac keçirilib - NƏTİCƏSİ

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0