USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bələdiyyə torpaqlarının müsabiqə və hərracları bu tarixdə keçiriləcək

07.05.2020 İnşaat və Əmlak
0 0
Azərbaycanda Sumqayıt, Gəncə, Lənkəran şəhərləri, Abşeron rayonu istisna olmaqla, digər şəhər və rayonlarda martın 29, aprelin 2, 9, 16 və 23-ü tarixlərində təxirə salınmış torpaq müsabiqə və hərraclarının mayın 14-də keçirilməsi karantin rejiminin tələbləri nəzərə alınmaqla təşkil ediləcək.

"Kommersant.az" bu barədə İqtisadiyyat Nazirliyinin Dövlət Əmlak Xidmətinə istinadən xəbər verir.

Qeyd edək ki, Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyət, əhali arasında virusa yoluxma sürəti, xəstələrin sağalma dinamikası nəzərə alınaraq tətbiq edilən bir sıra məhdudiyyətlərin mayın 4-dən yumşaldılmasına dair Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı nəzərə alınaraq qərar qəbul olunub.

  • Əvvəlki

    Azərbaycanın bu rayonlarında xəzinə var: Kiloqramlarla qızıl pullar

Digər xəbərlər