USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kirayə mənzil almaq istəyənlərə - MÜHÜM XƏBƏR

03.06.2020 İnşaat və Əmlak
0 0
İpoteka və Kredit Zəmanət Fondu (İKZF) satmaq öhdəliyi ilə kirayə mexanizmi üzrə mənzillərin rəsmiləşdirilməsi və təhvil prosesini davam etdirir. Koronavirus pandemiyası ilə əlaqədar ölkədə karantin rejiminin davam etməsinə baxmayaraq, ötən müddət ərzində Fondun razılıq barədə qərarını əldə edən 233 vətəndaş artıq mənzil seçimini edib və onlardan 115-i ilə satmaq öhdəliyi ilə kirayə müqaviləsinin rəsmiləşdirilməsi başa çatıb.

Bu barədə "Kommersant.az"-a Fonddan məlumat verilib.

Bugünədək elektron sistem vasitəsi ilə kirayə mənzil əldə edilməsi üçün müraciət edənlərin sayı aşağıdakı kimidir:

EİKZS-də elektron kabinet yaradanlar

8912

Müraciət formalaşdıranlar

7378

Müraciət göndərənlər

6354

Sənəd təqdim edənlər

1139

Razılıq qərarı alanlar

1056

Razılıq verilməsindən imtina olunanlar

16

Mənzil seçimi edənlər

233

Rəsmiləşdirilmiş müqavilələr

115

Qeyd edək ki, təhvil verilən mənzillər istisna olmaqla, hazırda kirayə mexanizmi üzrə mənzil fondunda 541 mənzil var. Vətəndaşların tələbi nəzərə alınaraq may ayında Fond tərəfindən yaşayış sahələrinin siyahısı genişləndirilib və daha bir yaşayış kompleksi mənzil fonduna daxil edilib. Yeni kompleks Sumqayıt şəhəri, Bulvar küçəsi ünvanında (dənizkənarı park ərazisində) yerləşir. Qeyd olunan kompleks üzrə 74 mənzil vətəndaşlara təklif olunur. Kompleksdə sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün yüksək standartlara cavab verən zəruri şərait mövcuddur.

Bir daha bildiririk ki, Fond tərəfindən satmaq öhdəliyi ilə kirayə təklif edilən mənzillər vətəndaşların istirahəti üçün geniş həyətyanı sahəyə malik, əsas infrastruktur obyektlərə yaxın komplekslərdən ibarətdir. Komplekslərdə yerləşən bütün mənzillər yeni və müasir tikinti materiallarından istifadə olunmaqla yüksək səviyyədə təmir olunaraq kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz, elektrik sayğacları ilə təchiz olunub, mülkiyyət hüquqları isə dövlət qeydiyyatına alınıb.

Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.gov.az), habelə “1549” Çağrı Mərkəzinə zəng etməklə, həmçinin EİKZS-dən istifadə ilə bağlı məlumatı EİKZS-də yerləşdirilmiş təlimatlatanış olmaqla əldə etmək mümkündür.

Eyni zamanda, vətəndaşlar Fond tərəfindən satmaq öhdəliyi ilə kirayəyə verilməsi nəzərdə tutulan yaşayış sahələrinin yerləşdiyi ərazi, sayı, sahəsi və digər məlumatlarla bu keçid vasitəsilə tanış ola bilərlər.

  • Əvvəlki

    DİM buraxılış imtahanlarının vaxtlarını açıqladı

Digər xəbərlər

31.01.2024 İnşaat və Əmlak
Agentliyin mərtəbəsinin təmirinə 650 min ayrıldı
0 0
30.01.2024 İnşaat və Əmlak
Azərbaycanda mənzil almaqda - DƏYİŞİKLİK
0 0
23.01.2024 İnşaat və Əmlak
Bakıda bu il 65 bina söküləcək - ÜNVANLAR
0 0