USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan vətəndaşları Türkiyədə nə qədər daşınmaz əmlak alıb?

16.06.2020 İnşaat və Əmlak
0 0
2020-ci ilin yanvar-may aylarında Azərbaycan vətəndaşları Türkiyədə 464 daşınmaz əmlak obyekti satın alıb ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 1033 obyekt azdır.

"Kommersant.az" xəbər verir ki, bu barədə Türkiyə Dövlət Kadastrı və Alqı-Satqı Agentliyi məlumat yayımlayıb.

Məlumata görə may ayında Azərbaycan vətəndaşları Türkiyədə 42 daşınmaz əmlak obyekti əldə edib. Bu, ötən ilin mayı ilə müqayisədə 48 obyekt azdır.

2020-ci ilin mayında Türkiyədə 50 936 daşınmaz əmlak obyekti satılıb ki, bu da 2019-cu ilin mayı ilə müqayisədə 44,6 faiz azdır.

  • Əvvəlki

    Maduronun nefti tükənib: Venesuelada bir qazma qurğusu qalıb

Digər xəbərlər