USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Hindistanda 2011-ci ildə tikilmiş altı mərtəbəli bina çökdü

25.08.2020 İnşaat və Əmlak
0 0
Hindistanda 24 avqust axşamı Mahad şəhərində altı mərtəbəli bir yaşayış binası çöküb.

"Kommersant.az" xəbər verir ki, ilkin məlumata görə, uçqun zamanı iki nəfər ölüb, ancaq dağıntılar altında hələ 18 nəfər var.

Çökən bina 2011-ci ildə tikilib, 47 mənzillidir. Mənzillərdə 250 nəfərə yaxın insan yaşayır. Ev axşam saat 6 radələrində titrəməyə başlayıb, sonra çöküb.

Dağılma prosesi başlayanda 25 nəfər küçəyə çıxa bilib. Dağıntılar altında qalan 60 nəfər çıxarılıb – onların yarısı yaralıdır. Çökmənin səbəbləri araşdırılır. Tikinti zamanı görülən işlərin keyfiyyəti ilə bağlı şikayətlər olub.

qaynarinfo

  • Əvvəlki

    Bu şəxslərə xəbərdarlıq edildi

Digər xəbərlər