USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıda satışa çıxarılan milyonluq villalar - FOTOLAR

15.09.2020 İnşaat və Əmlak
0 0
Bakıda fantastik qiymətə villalar satılır.

"Kommersant.az" xəbər verir ki, bununla bağlı müxtəlif elan saytlarında məlumatlara rast gəlmək olar.

Xüsusən də topraq sahəsi daha geniş olan villaların qiyməti bahadır. Bu villalar lüks və dəbdəbəli şəraiti ilə seçilir.

Məsələn, Badamdarda yerləşən bu villanı satışa çıxaran sahibi 14 milyon manat tələb edir.

3 mərtəbədən, 14 otaqdan ibarət olan villanın sahəsi 1500 kvm-dir.

Şıxda yerləşən bu villanın satış qiyməti isə 8 milyon manatdır. 30 sot torpaq sahəsi olan villanın sahəsi 1500 kvm-dir. 8 otaqdan ibarətdir.

Xəzər rayonu, Şüvəlan bağlarında yerləşən bu villanın qiyməti 6,8 milyon manatdır.

1 hektarın içərisində tikilən villa 4 mərtəbədən, 11 otaqdan ibarətdir. Villanın daxilində masaj, sinema salonu da var.

Villaların daha çox olduğu Badamdarda yerləşən bu sarayın isə qiyməti 4,4 milyon manatdır. Villa 18 sot torpaq sahəsinin içində tikilib. 7 otaqdan ibarət villanın öz sahəsi isə 920 kvm-dir.

Bilgəh qəsəbəsində yerləşən bu villa üçün isə 4,7 milyon manat tələb olunur.

48 sot torpaq sahəsində yerləşən villanin ümumi sahəsi 2500 kv.m-dir, 13 yataq və 2 qonaq otağından ibarətdir.

Lifti olan villada ayrıca sauna, türk hamamı və əlavə bir qapalı hovuz da mövcuddur.

Mərdəkənda 25 sot torpaq sahəsi olan villa 3 mərtəbə, 6 otaqdan ibarətdir. Qiyməti 3 milyon manat olan villanın həyətində futbol meydançası da var.

Badamdarda 15 sot torpaq sahəsi olan villa şəhər və dəniz mənzərəsi ilə seçilir. Villanın ümumi sahəsi 1600 m2, 8 otaqdan ibarətdir. Qiyməti 4,6 milyon manatdır.

Qeyd edək ki, seçib sizə təqdim etdiyimiz villalar elan saytlarında ən baha qiymətə satılanlardır. Bu villaların hər biri lüks şəraiti ilə digərlərindən fərqlənir.Qafqazinfo

  • Əvvəlki

    Bakının azad olunmasından 102 il ötür

Digər xəbərlər

31.01.2024 İnşaat və Əmlak
Agentliyin mərtəbəsinin təmirinə 650 min ayrıldı
0 0
30.01.2024 İnşaat və Əmlak
Azərbaycanda mənzil almaqda - DƏYİŞİKLİK
0 0
23.01.2024 İnşaat və Əmlak
Bakıda bu il 65 bina söküləcək - ÜNVANLAR
0 0