USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Lənkəran Yol Tikinti" ASC-nin sədri bələdiyyə sədrini döyüb? - VİDEO

22.09.2020 İnşaat və Əmlak
0 0
Lənkəran şəhər Şürük kənd bələdiyyəsinin sədri Valeh Hüseynli Respublika Baş Prokuroru Kamran Əliyevə müraciət edib.

"Kommersant.az" xəbər verir ki, bələdiyyə sədri müraciətində "Lənkəran Yol Tikinti" ASC-nin sədri Raqib Məmmədovdan şikayət edir.

Valeh Hüseynli Raqib Məmmədov tərəfindən ağır söyüşlərlə təhqir olunduğunu və döyüldüyünü iddia edir:

"12.09.2020 -ci il tarixində saat 11:00 radələrindəan yaşadığım və bələdiyyə sədri olduğum Lənkəran rayon Şürük kənd yolun kənarında Raqibin işçiləri tərəfindən yolun qazıldığını və yerin altında olan sovet dönəmindən qalmış qaz torbalarının kəsilərək aparıldığını müəyyən etdim. İşi aparan fəhlələrdən nə üçün bələdiyyə mülkiyyətinə məxsus torpaqların qazıldığını və torbaların hara aparılmasını soruşduqda onlar bunun Raqibin göstərişi ilə etdiklərini bildirdilər. Dərhal işin dayandırılmasını tələb etdim və bu barədə Lənkəran Şəhər İcra Hakimiyyətini məlumatlandırdım.

Az keçməmiş qeyd olunan əraziyə yol patrul xidmətinin işçiləri və Lənkəran şəhərində yaşayan, özü cənub bölgəsinin sakini olan, xalq arasında "asfalt Raqib" kimi tanınan "Lənkəran Yol Tikinti" Açıq Səhmdar Cəmiyyətinin sədri və bir neçə müəssisəsinin sahibi Məmmədov Raqib özü də gəldi. Maşından düşən kimi dərhal mənim ünvanıma nalayiq küçə söyüşləri söyməyə başladı. "Sən kimsən!", “gic talış” ifadələri səsləndirməklə mənə qarşı kobudluq etdi. Mən ona iradlarımı bildirən zaman mənə qarşı zorakılıq hərəkətləri edərək kənd sakinlərinin gözü qarşısında əynimdə olan köynəyi cırdı.

Yol patrul xidmətinin 99-YP-954 nömrəli dövlət nişanlı avtomaşının ekipajı məni onun əlindən aldı. Mən ona şikayət edəcəyimi bildirəndə, o özündən çox razı halda "mənə heç kim heçnə edə bilməz" deyə cavab verdi...".