USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Prezident tikintiyə icazələrlə bağlı əlavələri təsdiqlədi

06.11.2020 İnşaat və Əmlak
0 0
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanununu təsdiqləyib.

Fins.az-ın məlumatına görə, qanuna edilən dəyişikliyə əsasən, mühəndis-axtarış işlərinin nəticələrinə dair texniki hesabat həmin axtarış işlərini aparan şəxs tərəfindən işlərin başa çatdığı vaxtdan 10 gün müddətində sifarişçiyə və müvafiq icra hakimiyyəti orqanına təqdim ediləcək.

Həmçinin, qanuna əsasən, tikintiyə icazə verilməsinin ümumi qaydalarına əlavələr də edilib.

Belə ki, bundan sonra bütün natamamlıqlar ərizəçiyə eyni zamanda bildirilməlidir. Ərizəçi sənədlərin tamlığını məlumatı aldığı tarixdən ən geci 10 gün müddətində təmin etməlidir. Bu zaman tikintiyə icazə icraatı üçün nəzərdə tutulmuş müddətin axımı dayandırılır. Sənədlərin tamlığının təmin edilməsi barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur.

  • Əvvəlki

    Joe Biden prezident seçilsə nələr dəyişəcək ?

Digər xəbərlər

31.01.2024 İnşaat və Əmlak
Agentliyin mərtəbəsinin təmirinə 650 min ayrıldı
0 0
30.01.2024 İnşaat və Əmlak
Azərbaycanda mənzil almaqda - DƏYİŞİKLİK
0 0
23.01.2024 İnşaat və Əmlak
Bakıda bu il 65 bina söküləcək - ÜNVANLAR
0 0